Bakıda qadının pulunu oğurlayan şəxs tutuldu

ÖLKƏ
22:14 / 17.06.2021
2399

Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.

Hit.az-ın xəbərinə görə, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir, S.Kazımovun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər".

0