Dağüstü parkda yanğın olub - (YENİLƏNİB+VİDEO)

ÖLKƏ
00:18 / 18.06.2021
2523

Bu gün gecə saatlarında 23:15 radələrindən paytaxt Bakının Dağüstü park ərazisində yanğın çıxıb.

32gun.news-un hadisə yerində olan əməkdaşının bildrdiyinə görə, əraziyə çoxsayda yanğınsöndürən maşınlar cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

***
Otluq ərazidə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

0