Ağsu Qaz İstismar İdarəsindən kəndlilərin probleminə REAKSİYA

ÖLKƏ
13:13 / 18.06.2021
1334

Dünən Ağsu rayonunun Qaz İstismar İdarəsinin özlərini təqdim etməyən əməkdaşları ilə rayonun Bico kənd sakinləri arasında sayğacdəyişmə prosesində baş vermiş mübahisə barədə yazı və video yayımlamışdıq. Yazıya Ağsu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən dərhal reaksiya verilib. 

Bu barədə HİT.Az-a Bico kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, idarənin müdiri Həbib Quliyev narazılıq və mübahisə yaranmış ərazidə olub, kənd sakinləri ilə görüşüb və yaranmış problemi qanun çərçivəsində həll edib. 

Həbib Quliyev baş vermiş xoşagəlməz halla, işçilərinin emosiyaya qapılması ilə bağlı üzrxahlıq edib, sözügedən ərazidə olmuş əməkdaşların artıq cəzalandırıldığını, ciddi tənbeh olunduğunu bildirib. İdarə müdiri onu da qeyd edib ki, sayğacların dəyişdirilməsi köhnə sayğacların istismar müddətinin bitməsi ilə əlaqədardır.

0