Şuşada silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən HİT.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə tədbir keçirilib.
Bu zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, 1 avtomat, 1 qumbaraatan, 1 tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, 1 top mərmisi, 7124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.