Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

ÖLKƏ
23:18 / 19.06.2021
1193
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb. Bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. Onun yerinə müvafiq əmrlə Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədovun təyin edildiyi bildirilir. TƏBİB-dən Xoşbəxt Ağayevanın işdən çıxarıldığı təsdiqlənilsə də, yeni təyinatın gerçəkləşmədiyi bildirilib. /Qafqazinfo
0