DYP polisin sürücüdən rüşvət alması iddialarına münasibət bildirdi

ÖLKƏ
18:05 / 21.06.2021
1431

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsində yol polisi əməkdaşının sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hazırda həmin məsələ ilə bağlı xidməti yoxlama aparılır.

“Araşdırmanın nəticəsindən aslı olaraq hüquqi qiymət veriləcək”, - N.Piriyev açıqlamasında qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yol polisi əməkdaşı qaydaları pozan avtomobil sürücüsünü saxlayaraq ondan rüşvət aldığı iddia edilir.

0