Paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən ASAN Xidmət mərkəzinin tikintisi başa çatdırılıb.
HİT.az xəbər verir ki, mərkəz istifadəyə tam hazırdır.
Mərkəzin yerləşdiyi ərazi abadlaşdırılaraq yaşıllıqlarla tam əhatə olunub.
Qeyd edək ki, tikinti "Yaşıl ASAN" konsepti əsasında həyata keçirilib.
“Yaşıl ASAN” konseptinin əsas məqsədi mövcud yaşıllığın qorunması və təbiətin mühafizəsinin artırılmasıdır.