Bakıda yanğın - Nəqliyyatın hərəkətində problem yarandı (FOTO)

ÖLKƏ
13:02 / 23.06.2021
1952

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.

HİT.Az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, yaranan tüstü səbəbindən yolda görüntü məhdudlaşıb: “Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib”.

 

3