Şölə Əkbərova: "Bu əməliyyat yolverilməzdir" - VİDEO

ÖLKƏ
14:47 / 23.06.2021
1125

“Son dövrlər Azərbaycanda qeysəriyyə əməliyyatı ilə abdominoplastikanı (qarın gərmə əməliyyatı) birgə icra edirlər. Pasiyentlərin bir qismi istəyərək bu əməliyyata gedir. Mənə müraciət edən pasiyentlərə “yox” cavabı verirəm. Bu yolverilməzdir”. 

Bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. 

Tanınmış həkim qeyd edib ki, qeysəriyyə əməliyyatı zamanı abdominoplastika icra etmək nəticəsiz olar: 

“Əməliyyatı icra etmək mümkündürmü? Bəli, mümkündür. Amma nəticə sıfır və ya sıfırdan da aşağı olacaq. Bunun həm ginekoloji, hormonal, həm də plastik tərəfdən problemləri var. 

Hamilə qadında hormonal disbalans yaşanır, qanın realoji xüsusiyyətləri dəyişir, laxtalanmaya meyillilik olur. Laxtalanmanın tezləşməsi isə həyat üçün təhlükəlidir. 

Hamiləlik fizioloji bir hal sayılsa da, orqanizmdə çox böyük dəyişikliklərə səbəb olur. Ümumiyyətlə, hamiləliyin son dövrlərinə doğru bütün bədəndə ödem, şişkinlik olur. Buna görə də qeysəriyyə ilə birgə keçirilən abdominoplastika əməliyyatı həm estetik, həm də sağlamlıq baxımından nəticəsiz olur”.

0