Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

ÖLKƏ
14:00 / 24.06.2021
884

Sabahdan Bakıda 108B nömrəli marşrut xətti (“Azadlıq prospekti” metrostansiyası –  Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

HİT.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

0