İmişli bazarında yanğın söndürüldü - VİDEO/YENİLƏNİB

ÖLKƏ
21:19 / 25.06.2021
1633

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

20:18

İmişli şəhəri ərazisindəki bazarda yanğın başlayıb.

Hit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1