Bakıda daha bir yaşayış binasında YANĞIN

ÖLKƏ
10:44 / 27.06.2021
1602

Bakıda daha bir yaşayış binasında yanğın olub.

FHN-dən HİT.Az-a verilən məlumata görə, hadisə şəhərin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 48 kvadrat metr olan mənzilin yanar konstruksiyaları 22 kvadrat metr sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

2