İlham Mazanlı vəfat etdi

13:30 / 27.06.2021
2634

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Mazanlı vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə İ.Mazanlının yaxınları məlumat yayıb.

Qeyd edək ki, İlham Mazanlı 1956-cı ildə anadan olub. 1973-cü ildə orta məktəbi, 1978-ci ildə BDU, jurnalistika fakültəsini, 1991-ci ildə Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının, kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasını bitirib. Həmin il "Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi" adlı namizədlik dissertasiyası müdafiə edib.

1