BDU-nun dosenti vəfat etdi - FOTO

ÖLKƏ
10:04 / 28.06.2021
1530

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Vaqif Əli oğlu Məmmədov vəfat edib.

BDU-dan HİT.Az-a verilən məlumata görə, Vaqif Məmmədov 72 yaşında dünyasını dəyişib.

V.Məmmədov 1972-ci ildə BDU-nun Geoloji–Coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib. 1983-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

2011-ci ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosentidir.

0