Sabahdan etibarən 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə HİT.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bu marşrutların hərəkət sxemi üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb.