Moskva toyunda Azərbaycanın Dövlət Himni səsləndirildi - VİDEO

ÖLKƏ
19:00 / 28.06.2021
1304

Rusiyada keçirilən toylardan birində maraqlı hadisə yaşanıb.


Ailə həyatına qədəm qoyan iki azərbaycanlı gəncin toy məclisində Azərbaycanın Dövlət Himni səsləndirilib. Məclisin aparıcısı Lalə Azərtaş, əsas müğənnisi isə Rəqsanə İsmayılova olub.

Həmid və Xədicə cütlüyünün toyundan lentə alınan görüntüləri Rəqsanə şəxsi "Instagram” hesabında paylaşıb.

Video sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib. Rəqsanənin paylaşımına qısa müddətdə 40 min "like” gəlib.//baku.ws

0