Nazir keçmiş DYP rəisini post komandiri TƏYİN ETDİ

ÖLKƏ
09:21 / 29.06.2021
2598

Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Babək Dadaşov Zaqatala – Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.

Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.

1
Unikal.org