Mərhum meyxanaçı Vüqar Biləcərinin abidəsi ucaldıldı - FOTO

ÖLKƏ
12:31 / 29.06.2021
1541

Mərhum meyxanaçı Vüqar Biləcərinin (Vüqar Paşayev) qəbirüstü abidəsi ucaldılıb.

HİT.az xəbər verir ki, söz ustasının məzarı üzərində büstü qoyulub.

Qeyd edək ki, V.Biləcəri 2004-cü ildə “De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, yazdığı şeir və qəzəlləri ilə bir çox insanların sevgisini və rəğbətini qazanıb.

V.Biləcəri ötən ilin avqustun 29-da 32 yaşında dünyasını dəyişib. O, Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

0