Qazilər üçün vakansiyaların sayı AÇIQLANDI - FOTO

ÖLKƏ
19:16 / 29.06.2021
1325

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na Bakı və ölkəmizin bölgələri üzrə artıq 163 işəgötürən qoşulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin işəgötürənlərin 89-u xidmət, 54-ü emal, 16-sı kənd təsərrüfatı, dördü tikinti sahələri üzrə fəaliyyət göstərir. Onlar tərəfindən elektron sistemə 587 vakansiya təqdim edilib.


Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını linkinə daxil olmaqla göndərə bilər.

0