Sabiq nazir YAP-dan ÇIXARILDI

ÖLKƏ
14:50 / 30.06.2021
2796

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, o, partiyanın Yasamal rayon təşkilatının üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, S.Müslümov korrupsiya əməllərinə görə fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0