“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirildi

ÖLKƏ
15:54 / 30.06.2021
1741

Bu gün “Sizi Tanıyaq” layihəsi çərçivəsində Milli Mükafatın növbəti qalibi  “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru  Ruslan Əliyev olub. 

HİT.Az xəbər verir ki, mükafatın təqdimetmə mərasimində “Sizi Tanıyaq” layihəsinin direktoru, Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli  layihənin əsas missiyası, gördükləri işlər və gələcək planları barədə  məlumat verib. Eyni zamanda, səmimi görüşə görə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevə təşəkkürünü ifadə edib.

O, strateji sahəyə rəhbərlik edən, mütəmadi olaraq hər zaman ictimaiyyətə açıq olan “Azəriqaz” rəhbərliyinə və kollektivinə işlərində uğurlar arzulayıb. 

Öz növbəsində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru bu mükafatı ictimaiyyətin verdiyi qiymət kimi dəyərləndirib. 

Görüşdə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov da iştirak edib.

Xatırladaq ki, bu günə qədər “Sizi Tanıyaq” layihəsi çərçivəsində millət vəkili Qənirə Paşayeva, Milli Məclisin sədr müavini Adil Əliyev, "Şuşanın dağları" ansamblının bədii rəhbəri İntiqam Abbasov, "Çıxış Yolu" layihəsinin rəhbəri, tanınmış teleaparıcı Nuranə Gülər, azərbaycanlı ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Altay Məmmədov, “Okuklu Holdinq”in Baş direktoru Yılmaz Okuklu, gənc şair Sevindik Nəsiboğlu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Mükafata layiq görülüb.

0