Əhməd İsmayılovdan “Jurnalistlərin binası” ilə bağlı AÇIQLAMA

ÖLKƏ
18:02 / 02.07.2021
1682

“Jurnalistlər üçün tikilən son bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”.

 
HİT.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, binada hələ görüləcək işlər var: “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

 

0