Sabah hava necə olacaq? - Proqnoz

ÖLKƏ
13:04 / 04.07.2021
2488

İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən HİT.Az-a verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi  günün ikinci yarısında mülayim  şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-38 isti, Bakıda gecə 24-26 isti, gündüz 36-38 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-65 , gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti    

Cənub küləyi  günün ikinci yarısında mülayim  şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.
İyulun 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27 isti, gündüz  35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə 15-20 isti, gündüz 26-31 dərəcə isti olacaq.

0