Sumqayıt sakinləri susuz qalıb - Ancaq onlara sadəcə vəd verilir...

ÖLKƏ
12:45 / 05.07.2021
2375

Sumqayıtda “Yaşıldərə” adlandırılan yaşayış massivində Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçənin (Xıdırlı məktəbinin yolunda) sakinləri artıq 20-günə yaxındır ki, susuzluqdan əziyyət çəkir. 

Bu barədə HİT.Az-a həmin massivin sakinləri məlumat veriblər.

Onlar bildirirlər ki, qızmar yay günləri içməli su üzünə belə həsrət qalıblar: “Sakinlər məcbur olub hər gün suyu su gələn qonşu məhəllələrdən vedrələrlə, qablarla əl ilə daşıyırlar”.

“Yaşıldərə” sakinləri deyir ki, neçə vaxtdır hər yay bu əziyyətlə qarşılaşırlar: “Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür və ya nə səbəbdənsə onlara su gəlmir”.

Onlar problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt şəhər Bələdiyyəsinə, yerli icra orqanlarına müraciət etsələr də, şikayətləri həllini tapmır. Sakinlər deyir ki, bütün cəhdlərinə baxmayaraq, heç bir tədbir görülmür, yalnız vədlər verilir.

Onlar media vasitəsi ilə aidiyyatı qurumlara, məsul şəxslərə müraciət edərək, su probleminin həll ilə bağlı tədbir görülməsini istəyirlər.

VÜQAR

0