Əbu-Dabidən Bakıya birbaşa aviareys yerinə yetiriləcək

ÖLKƏ
13:15 / 05.07.2021
1913

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti iyulun 15-dən etibarən Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayacaq. 

"Air Arabia"nın verdiyi məlumata görə, reyslər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Məlumata görə, təyyarə Bakıda saat 16:15-də enəcək, Bakıdan isə Əbu-Dabi istiqamətində saat 19:15-də yola düşəcək.

Xatırladaq ki, hazırda Bakıdan BƏƏ-nin Dubay şəhərinə birbaşa aviareyslər üzrə uçuşlar yerinə yetirilir.

0
oxu.az