Qəbələdə müəllim özünü asdı

ÖLKƏ
21:15 / 05.07.2021
888

Qəbələ rayonunda intihar hadisəsi baş verib

Hit.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır .

0