Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

ÖLKƏ
21:09 / 06.07.2021
767

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 596-ya çatıb.

0
“Qafqazinfo”