Gədəbəydə güclü yağışlar selə səbəb oldu: Bir nəfər öldü

ÖLKƏ
23:01 / 07.07.2021
1750

Gədəbəydə güclü yağış nəticəsində gələn sel ölümə səbəb olub.

Hit.az-ın məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib.

Yağan güclü yağışlar nəticəsində kənd sakini 1958-ci il təvəllüdlü S.Sadıqovu sel aparıb.

İlkin məlumatlara görə, o, kənddə çoban olub.

Hazırda Gədəbəy və ətraf rayonlarda yağmurlu hava şəraiti davam edir.

1