Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə növbəti dəfə Kolxəlfəli kəndində sakinləri maraqlandıran məsələləri yerində araşdırıb.
HİT.az xəbər verir ki, Ağstafa RİH başçısının Kolxəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.İsmayılov kənddə son aylarda görülən işlərə dair məruzə edib. Bildirib ki, hazırda yeni elektron tipli ATS-in quraşdırılması işləri davam etdirilir, iki ədəd subartezian quyusu təmir olunaraq yenidən əhalinin istifadəsinə verilib, yerli bələdiyyə tərəfindən suvarma arxları təmizlənib, yeni məhəllədə əhali tərəfindən ən çox istifadə olunan əsas yol qreyder vasitəsilə hamarlanaraq xırlanıbdır.
Görüşdə vətəndaşların irəli sürdükləri müraciət və təkliflər qəbul olunaraq nəzarətə götürülüb.