Bakıda polis rəisi xidməti silahla özünü öldürdü - Bu generalın qardaşıdır

ÖLKƏ
12:03 / 09.07.2021
4513

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Bu barədə HİT.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.

Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Fotoda: Sahib Mirzəyev

3