Azərbaycanda 690 bal toplayan tələbə yol qəzasında öldü - FOTO

ÖLKƏ
16:08 / 09.07.2021
1304

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

"Report" xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

0