Yol polisi qəzada ağır xəsarət aldı - VİDEO

ÖLKƏ
18:05 / 09.07.2021
754

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə şahidisə şahidlərinin sözünə görə, hərəkətdə olan  yük avtomobili ("Tır") DYP avtomobilinə çırpılıb. 

Qəza nəticəsində yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır baş travma alıb. 

Yaralı polis əməkdaşı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

0
Qafqazinfo.az