Bu gün neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

ÖLKƏ
17:48 / 10.07.2021
1158

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1389 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.
 
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 606 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 433 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 069 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 459 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 610 116 təşkil edir.

0