Məşhur topdansatış məntəqəsi məhkəməyə verildi

ÖLKƏ
12:30 / 12.07.2021
1952

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Meyvəli” MMC-ni məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, məhkəmə çəkişməsinə səbəb lizinq müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

“Meyvəli” MMC 16 may 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 AZN olan şirkətin qanuni təmsilçisi Qocayev Əbülfət Novruz oğludur.

“Meyvəli” MMC meyvə və tərəvəz məhsullarının topdansatış məntəqəsi kimi tanınır. 

VÜQAR

0