Nazirlikdən birinci sinifə qəbulla bağlı valideynlərə MÜRACİƏT

ÖLKƏ
11:46 / 13.07.2021
1428

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Nazirlikdən HİT.Az-a verilən məlumata görə, qurumun birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

0