Bu yollarda tıxac var- SİYAHI

ÖLKƏ
09:07 / 14.07.2021
979

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtomobil yollarında son vəziyyəti açıqlayıb. 
 
HİT.Az xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
 
1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq,bütün şosse boyunca,20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur);
 
2. Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində) sıxlıq;
 
3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
 
4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;
 
5. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
 
6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq;
 
7. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq;
 
8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq.

 

0