Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərləri, Hacıqabul rayonun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən HİT.Az-a məlumat verilib. Bildirilir ki, buna Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəb olub.