Vilayət Eyvazov tanınmış polis zabitinin rütbəsini vaxtından əvvəl ARTIRDI

ÖLKƏ
13:44 / 14.07.2021
3012

Vətən müharibəsində könüllü iştirak edən “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü, polis zabiti Bəxtiyar Abbasovun rütbəsi vaxtından əvvəl artırılıb.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Vətən müharibəsində könüllü iştirakına görə baş-leytenant B.Abbasova kapitan rütbəsi verilib.

Qeyd edək ki, tanınmış idmançı Xocavənd və Cəbrayıl istiqamətlərində döyüşüb. O, 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub, 2018-ci ildə isə Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Prezidentin fəxri fərmanına layiq görülüb.

Xatırladaq ki, B.Abbasov Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilidir.

4