Parkda görüntüləri yayılan cütlük sərxoş vəziyyətdə imiş - DİN-dən AÇIQLAMA

ÖLKƏ
10:42 / 15.07.2021
1181

Ötən gün Bakının Qış parkında qadınla kişinin əxlaqsız görüntüləri yayılıb.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, həmin şəxslər sərxoş vəziyyətdə olublar:

"Onların hər ikisinin şəxsiyyəti müəyyən olundu. Tufeyli həyat tərzi keçirən insanlardır. Həmin şəxslər sözügedən park ərazisində polis tərəfindən saxlanılıb və onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb".

1
Unikal.org