Bakı metrosunda yaşlı kişi intihara cəhd etdi

ÖLKƏ
19:48 / 15.07.2021
1190

Bakı metrosunda intihara cəhd hadisəsi qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə axşam saatlarında – 19:06-da, "Ulduz" stansiyasında baş verib.

Orta yaşlı kişi özünü qatar yoluna atıb. O, sağ-salamat çıxarılıb. Hazırda onun səhhəti ilə bağlı müayinələr davam edir.
 
19.18 

Bakı metrosunda problem yaranıb.

Qaynarinfo-nun məlumatına görə, "20 yanvar" stansiyasından  hərəkət edən qatar "Nizami" metro stansiyasında dayanıb.

Qatar 10 dəqiqədən çox hərəkət etməyib.

Hadisə yerində olan əməkdaşımızın bildirdiyinə görə, "Ulduz" stansiyasında bir nəfərin qatarın altında qaldığı deyilir. 

1