Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırıldı

ÖLKƏ
21:08 / 15.07.2021
1677

Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

Hit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib. Nazirliyin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.

0