Dövlət agentliyinin direktoruna yeni vəzifə verildi

ÖLKƏ
22:30 / 15.07.2021
2493

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoruna yeni vəzifə verilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsi Energetika Nazirliyinin kollegiyasının tərkibinə daxil edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Qərara əsasən, Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 10-a qaldırılıb.

0