15 iyul tarixində Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti Asəf Məlikov, Federasiyasının baş psixoloqu Zülfiyyə Məlikova, Bakı şəhəri Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov, Nizami rayonu Gənclər və İdman idarəsinin rəis müavini və əməkdaşının iştirakı ilə Nizami rayonu ərazisində yaşayan qazilərlə görüş keçirilib.
HİT.Az xəbər verir ki, Bakının sayca 10-cu inzibati rayonunda keçirilən görüşlərdə, bir çox rayonlarda dövlətin gənclər siyasətinə cavabdeh olan şöbənin rəisləri, milli məclisin deputatları, icra hakimiyyətinin başçısının müavinləri, başçının özünün qatıldığı rayonlardan fərqli olaraq, hətta icra hakimiyyəti nəzdində cənab Prezidentin sərəncamı əsasında yaradılmış qazilər və şəhid ailələri ilə iş üzrə şöbənin əməkdaşlarının iştirak etməməsi diqqət çəkib.
Qazilərlə görüş zamanı onlara sosial-psixoloji dəstək, hüquqi yardım, əməliyyata ehtiyacı olan qazinin tez bir zamanda qeydiyyata alınması üçün yardım göstərildi. Eyni zamanda qazilərimizi maraqlandıran medal ilə təltif olunma məsələlərinə də aydınlıq gətirilib.