“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Hedstart Biznes Konsaltinq” MMC-ni məhkəməyə verib.
HİT.Az xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
“Hedstart Biznes Konsaltinq” MMC 25 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə əcnəbidir: Syed Muhammad Ali Shah.
“AFB Bank” ASC isə Fövəqladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. 2019-cu ilin ilk aylarına qədər bankın əsas səhmdarı “Gilan Holdinq” olub. 7 fevral 2019-cu il tarixdə bankın 55 447 səhminin 70 140 455 AZN-ə Hikmət İsmayılov adlı şəxs tərəfindən alınması ilə bağlı saziş imzalanıb. Hikmət İsmayılov Kəmaləddin Heydərovun bacanağıdır.
VÜQAR