Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov növbəti dəfə Qırılı kəndində sakinlərin müraciət və təkliflərini qəbul edib, onları narahat edən məsələləri yerində araşdırıb.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri iştirak ediblər. Nəzarətə götürülən həlli vacib məsələlər ətrafında müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qırılı kəndində son olaraq görülən işlər çərçivəsində kəndin iki müxtəlif ərazisində şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa olunaraq sakinlərin istifadəsinə verilib, əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 2,8 km uzunluğunda kəhriz quyularında təmir işləri aparılıb, 4 ədəd subartezian quyusu təmir olunub, kəndin suvarma arxlarının ümumi uzunluğu 4,2 km sahələrində zəruri təmizlik işləri aparılıb və əlavə olaraq 3 km yeni suvarma arxı çəkilib, 4,5 km uzunluğunda kənddaxili yol xırlanaraq avtoqreyderlə hamarlanıb, əhalinin istifadə etdiyi yararsız hala düşmüş bir ədəd avotombil körpüsü əsaslı təmir olunaraq istifadəyə verilib.