Azərbaycan daha bir ölkəyə 40 min peyvənd göndərdi - FOTO

ÖLKƏ
23:00 / 19.07.2021
983

Bu gün "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə Bosniya və Herseqovinaya paytaxtı Sarayevo şəhərinə koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Bu barədə HİT.az-a  AZAL-dan bildirilib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq həmçinin Tacikistana 40 min "AstraZeneca" vaksinin dozası çatdırılacaq.


 

0