Abşeron rayonunda şəhidlər bulağında qoyun sürüsü saxlanılır.
HİT.Az xəbər verir ki, bununla bağlı jurnalist Namiq Həsənov “Facebook” səhifəsində paylaşıb.
O bildirib ki, rayonun Görədil qəsəbəsi, “Qarabağ şəhidlər bulağı”nın ətrafında qoyun sürüsü saxlanılır:
“Əbədi məşəlin əvəzinə tonqal, insanlar əvəzinə qoyun sürüsü. Bu biabırçı mənzərəyə uzun müddət söz tapa bilmədim, eləcə, duruxub qaldım. Öz şəhidinə, tarixinə belə etinasız yanaşan insanın nə gələcəyi var, nə də qələbəsi”.