Azərbaycanda xüsusi karantin rejiminin vaxtı UZADILDI

ÖLKƏ
13:38 / 22.07.2021
1640

Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb.
 
HİT.Az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.
 
Qərar 2021-ci il iyulun 31-dən qüvvəyə minir.

4