Bakıda güclü toz dumanı - Nə qədər davam edəcək?

ÖLKƏ
09:40 / 23.07.2021
1558

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən HİT.Az-a bildirilib. Qeyd edilib ki, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən, hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq  tozlu havanın yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

 

1