Binəqədidə zəncirvari qəza - FOTO

ÖLKƏ
12:47 / 23.07.2021
1327

Binəqədi rayonu ərazisində zəncirvari qəza baş verib.

HİT.Az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsindən Xırdalana gedən yolda, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında olub. 

Hadisə nəticəsində “Kamaz” markalı yük maşını  “Volksvagen” markalı minik maşınını, eyni anda “Mercedess” markalı yük maşını isə “Chevrolet” markalı minik maşınını vurub. Hər iki minik maşınına zərər dəyib. 

Hadisə ilə əlaqədar olaraq sözügedən yolda böyük tıxac yaranıb.

0